Bakı şəhəri, Nizami rayonunda bir azyaşlının barmağında metal halqa sıxılıb qalıb Bakı şəhəri, Nizami rayonunda bir azyaşlının barmağında metal halqa sıxılıb qalıb

Uşağın barmağından halqa çıxarıldı

Bakı şəhəri, Nizami rayonunda bir azyaşlının barmağında metal halqa sıxılıb qalıb



Bundan narahat olan yaxınları Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə zəng edərək kömək istəyib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə halqanı kəsərək barmaqdan çıxarıblar. Əməliyyat gecə saat 01:57-də başa çatıb.

Elnarə
AzNews.az