İran İsrailin hərbi bazalarına zərbələr endirib

İran İslam Respublikası Silahlı Qüvvələri İsrailin iki hava bazasına və İsrail təhlükəsizlik xidmətinin qərargahına zərbələr endirib.

İranın dövlət televiziyası IRIB bu barədə məlumat yayıb.

"Son saatlarda İran ordusu sionist rejimin Palmaçim və Ovda hava bazalarındakı müşahidə qüllələrinə, uçuş-enmə zolaqlarına və anqarlara, eləcə də Şin Bet qərargahına zərbələr endirib", - deyə açıqlamada bildirilir.

Mövsüm,

AzNews.az