- Köhnə - Hadisə
- 17 Aprel 2013 07:45
- 2 370
2 maşın toqquşdu
Hər iki sürücü reanimasiyadadır
Gecə saat 1.40-da Nəsimi rayonunda qəza hadisəsi baş verib. Rəşid Behbudov küçəsi ilə Salatın Əsgərova küçəsinin kəsişməsində iki maşın toqquşub. Emin Namiq oğlu Məmmədzadənin idarə etdiyi "Hyunday" markalı avtomobillə Adgözəl Telman oğlu Rzayevin idarə etdiyi "vaz 21:014" markalı maşının toqquşması nəticəsində hər 2 sürücü agır xəsarətlər alıb. Hər ikisi reanimasiyadadır.Toqquşmaya səbəb kimi "Hyunday" markalı avtomobilin işıqforun qırmızı işığında keçməsi göstərilir.
Hadisəni Nəsini Rayon Polis İdarəsinin müstəntiqi Elnur Mustafayev araşdırır.
Ruhiyyə
Aznews.az