- Köhnə - Hadisə
- 30 Aprel 2013 08:18
- 2 943
Azərbaycan və ABŞ birgə tədbirlər keçirəcəklər
Azərbaycanla NATO arasında imzalanmış "Sülh Naminə Tərəfdaşlıq" (SNT) proqramı çərçivəsində mayda Azərbaycan və ABŞ hərbçiləri arasında bir sıra tədbirlər təşkil ediləcək
Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Eldar Sabiroğlu məlumat verib.
"Sülh Naminə Tərəfdaşliq" (SNT) proqramı çərçivəsində, Fərdi Tərəfdaşliq Proqramı əsasında Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq planına əsasən müdafiə idarəçiliyi səhəsində məsələlər üzrə seminar keçiriləcək. Seminar mayın 6-dan 10-dək ABŞ-ın Monterrey şəhərində baş tutacaq.
Bundan əlavə, proqram çərçivəsində Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq planına əsasən "Combined Endeavor-2013" təliminin növbəti planlaşdırma konfransı keçiriləcək. Konfrans mayın 7-8-də İtaliyanın Neapol şəhərində təşkil ediləcək.
AzNews.az