Bakı-Sumqayıt yolunda ağır yol qəzası baş verib Bakı-Sumqayıt yolunda ağır yol qəzası baş verib

Sumqayıtda ağır qəza: xəsarət alan var

Bakı-Sumqayıt yolunda ağır yol qəzası baş verib



Sumqayıtın Bakı-Sumqayıt yolunda "Mercedes" markalı minik avtomobili hasara çırpılıb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hadisə yerində sürücü və sərnişin müxtəlif bədən xəsarətləri alıblar.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadnlıqlar vasitəsilə "Mercedes" markalı minik avtomobilinin sürücüsünü deformasiyaya uğramış avtomobildən müvafiq qaydada çıxarıb və aidiyyəti üzrə təvil veriblər.


AzNews.az