Paytaxtın küçə və prospektlərində qayda pozan sürücülərə qarşı reyd keçirilib Paytaxtın küçə və prospektlərində qayda pozan sürücülərə qarşı reyd keçirilib

Maşını yolun ortasında saxlayıb getdilər- Video

Paytaxtın küçə və prospektlərində qayda pozan sürücülərə qarşı reyd keçirilib





Paytaxtın küçə və prospektlərində qayda pozan sürücülərə qarşı reyd keçirilib. Taksi sürücülərinin avtomobili avtobus dayanacaqlarında saxlaması hərəkətdə çətinlik yaradır. Bu vəziyyət avtobuslarla yanaşı, həm sərnişinlər, həm də digər avtobillərin rahat hərəkətinə mane olur. Sürücülər isə qayda pozuntusunu bilərəkdən etdiklərini dilə gətirirlər.

Sürücülər arasında maşını yolun tən ortasında saxlayıb gedənlər var idi. Dövlət yol polisi tərəfindən qayda pozan sürücülərə inzibati protokol tərtib olundu.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədovun sözlərinə görə, aparılan araşdırmalar göstərir ki, dayanacaqların taksi sürücüləri tərəfindən zəbt olunması qəza şəraiti yaradır: "Bu il ərzində 500-dən çox sürücüyə inzibati protokol tərtib olunub. Aparılan təhlillər göstərir ki, onların 150-i təkrar qayda pozub".

"20 yanvar" metrosu ətrafı və Şamaxinka adlanan ərazidə keçirilən reyddə 52 sürücüyə inzibati protokol tərtib olunub.


AzNews.az