Prezident İlham Əliyev Dağüstü parkda yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış olub Prezident İlham Əliyev Dağüstü parkda yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış olub

İlham Əliyev Dağüstü parkda olub

Prezident İlham Əliyev Dağüstü parkda yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış olub



Parkda müasir şəlalə kompleksi yaradılmış, işıqlandırma sistemi qurulmuş, istirahət üçün lazımi şərait təmin edilib.

Sonra Azərbaycan prezidenti Dağüstü parkda tikilmiş İstiqlal Muzeyi ilə tanış olub.
İstiqlal Muzeyi dövlət başçısının 2011-ci il 2 avqust tarixli Sərəncamı əsasında tikilib.

Prezident İlham Əliyev sonra Dağüstü parkdan Bakının mənzərəsini seyr edib.

Məlumat verilib ki, Dağüstü parkda inşa olunmuş 600 yerlik kafedə müştərilərə yüksək xidmət göstəriləcək. Binanın yuxarı mərtəbəsindən paytaxt Bakının və Xəzərin mənzərəsini müşahidə etmək mümkündür.
Dövlətimizin başçısı kafedə yaradılmış şəraitlə maraqlandı, binadan ətrafı seyr edib. (AzərTac)

AzNews.az