Hadisə Türkiyədə baş verib Hadisə Türkiyədə baş verib

Arvadının üzünü qaynar su ilə yandırdı

Hadisə Türkiyədə baş verib



Türkiyədə dəhşətli cinayət baş verib. İzmirdə yaşayan 40 yaşlı Mustafa Gökçe özündən 10 yaş kiçik arvadının üzünü yandırıb. Belə ki, Mustafa Gökçe bir müddət əvvəl 30 yaşlı G.B. il evlənib. Sonradan kişinin razılığı ilə qadın masaj salonunda işləməyə başlayıb.

Ər gənc arvadının işindən şübhələnib və arvadının onu aldatdığını və əxlaqsızlıqla məşğul olduğunu anlayıb. Ər arvadından şiddətli intiqam almaq fikrinə düşüb. Gecə yatarkən suyu qaynadıb. Qaynayan suyu yatan qadının üzünə töküb. Nəticədə qadının üzü tanınmaz hala düşüb.

Qadının şikayətindən sonra polis qısqanc əri tutub.(anspress)

AzNews.az