Fransa vətəndaşı Bakı aeroportunda infarkt oldu

Onu xəstəxanaya yerləşdiriblər
Bu gün səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında 54 yaşlı Fransa vətəndaşının qəflətən halı pisləşib.

ANS PRESS-in məlumatına görə, fransız 1959-cu il təəvllüdlü Luis Romenda huşunu itirib. Dərhal Luisə ilkin tibbi yardım göstərilib. Daha sonra onu Sabunçu rayon 3 saylı xəstəxanaya yerləşdiriblər.

İlkin müayinə zamanı onun infarkt keçirtdiyi müəyyən olub.

AzNews.az