- Köhnə - Hadisə
- 4 İyul 2013 08:41
- 1 571
Bağırsağından narkotik tapıldı

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Tərlan Ağayevin üzərində şəxsi yoxlama aparılır.
Yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 1 ədəd bükümdə, xalis çəkisi 1,54 qram olan narkotik vasitə - həşiş aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az