- Köhnə - Hadisə
- 6 İyul 2013 08:30
- 3 271
Şəkidə iki uşaq anasını ilan sancıb

Kənd sakini Sıracəddinova Günel İmran qızını ayağından ilan vurub. Hadisə zərərçəkən həyətlərində moruq dənləyərkən oğlunun gözü qarşısında baş verib. İlan sancan kimi zərərçəkən yaxınları tərəfindən Şəki mərkəzi rayon xəstəxanasına çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, xəstəyə dərhal ilan zəhəri əleyhinə zərdab vurulub və xəstə reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstənin 4-5 gün müalicədən sonra evlərinə buraxılacağı bildirilib.
Qeyd edək ki, zərəçəkənin 2 azyaşlı uşağı var. (trend.az)
AzNews.az