İki yeniyetmə qız itkin düşdü - Bakıda

Bakıda iki yeniyetmə qız itkin düşüb.

Bu barədə APA-ya Səbail Rayon Polis İdarəsindən bildirilib.

Məlumata görə, ötən gün rayonun Badamdar qəsəbəsində yaşayan, 16 yaşlı Cəmilə Vüqar qızı İsayevanın itkin düşməsi barədə valideynləri polisə məlumat veriblər.

Bu gün isə polisə daha bir yeniyetmənin - 14 yaşlı Aysel Əbülfət qızı Şabanovanın itkin düşməsi barədə məlumat daxil olub.

Hazırda hər iki qızın axtarışları davam etdirilir.

AzNews.az