İranda yanvar aksiyalarının daha iki iştirakçısı edam edildi

İranda terrorçuluqda ittiham olunan iki nəfər edam olunub.

“Daneşcu” xəbər agentliyinin məlumatına görə, Babək Əlipur və Puya Qəbadi Ali Məhkəmənin qərarı üzrə edam ediliblər.

Həmin şəxslər terror qruplaşmasının üzvü olmaqda, odlu silahlarla, o cümlədən qumbaraatanlarla həssas və ictimai məkanlara hücum etməkdə təqsirli biliniblər.

Yanvar aksiyalarında iştirak edən Babək Əlipur və Puya Qəbadinin “Mücahidine-xəlq” qruplaşmasının üzvü olduqları bildirilir.

Qeyd edək ki, İran “Mücahidine-xəlq” qruplaşmasını terror təşkilatı kimi tanıyır.

Aznews.az