“Binə“dəki yanğınla bağlı Rəsmi məlumat

Fövqəladə Hallar Nazirliyi (FHN) Binə Ticarət Mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.

AzNews.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda Binə Ticarət Mərkəzində bir-birinə bitişik bir çardaq altında tikilən, sahibləri məlum olmayan, (əsas konstruksiyalar yüngül plastik materiallardan ibarət) məişət avadanlıqları mağazasının yanar konstruksiyaları, bəzək bijüteriya mağazasının və dönərxananın yanar konstruksiyaları 210 kvadratmetr sahədə yanıb. Bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın saat 23:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


AzNews.az