Ana- oğul birlikdə intihar etdilər - Faciə

Türkiyənin Kayseri şəhərində ana ilə oğlu məktub yazaraq özlərini 6-cı mərtəbədən atıblar


Milli.Az Habertürk-ə istinadən bildirir ki, Sivas Caddəsində yaşayan, Alsheymer xəstəsi olduğu deyilən 80 yaşlı M.İ. ilə 54 yaşlı oğlu İ.İ. səhər 04:30-da 6-cı mərtəbədə yerləşən mənzillərinin pəncərəsindən atılıblar. Hadisə yerindəcə dünyasını dəyişən ana-oğulun meyiti morqa aparılıb. Bildirilir ki, onlar intihardan öncə məktub yazıblar. Onun mətni açıqlanmır.

İntihar edənlərin qonşuları səhər səs-küyə oyanıblar. Pəncərədən baxdıqda isə ana-oğulun cansız cəsədlərini yerdə görüblər. Ana-oğulun bu hərəkətindən sarsılan sakinlərin dediklərinə görə, xəstə M.İ.-yə onunla intihar edən oğlu böyük qardaşı ilə birlikdə növbəli şəkildə qulluq edirmişlər.

Hadisə ilə bağlı araşdırma aparılır.

AzNews.az