- Köhnə - Hadisə
- 14 Avqust 2013 10:43
- 3 111
Neftçalada ağır yol qəzası: iki piyada öldü

AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Neftçala rayonu Xıllı qəsəbəsində Aşağı Qaramanlı kənd sakini Mirislam Əliyev "VAZ 2107" markalı avtomobili idarə edərkən yolu keçən Neftçala rayon sakini, 57 yaşlı Zərifə Nağıyevanı və Xıllı qəsəbə sakini 54 yaşlı Əzizə Əhmədovanı vurub.
Hər iki qadın hadisə yerindəcə keçinib.
AzNews.az