- Köhnə - Hadisə
- 19 Avqust 2013 09:13
- 2 768
Balakəndə ağır qəza: 1 ölü, 2 yaralı

Balakən rayonu Qullar kənd sakini, 1989-cu il təvəllüdlü Dibirov Orxan Qürbət oğlu idarə etdiyi "VAZ 21154" markalı, 90 NC 181 nişan dövlət nömrəli avtomobillə Gürcüstan Respublikası istiqamətində hərəkətdə olarkən avtomobil hərəkət istiqamətini itirərək yolun kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində sürücü O.Dibirov hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər - Orxan Dibirovun həmkəndliləri, 1978-ci il təvəllüdlü Yetimov Mahamarəsul Rəsul oğlu və 1993-cü il təvəllüdlü Xanpəriyev Məhəmməd İlham oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər.
Balakən Mərkəzi rayon Xəstəxanasından verilən məlumata görə, onların vəziyyəti orta-stabildir.
AzNews.az