Bakıda yol polisini döydülər

Ötən gün paytaxtın Binəqədi rayonunda yol polisi əməkdaşı döyülüb.

Hadisə Binəqədi şossesində qeydə alınıb. Belə ki, "Daewoo nexia" markalı avtomobilin sürücüsü Tural İsmayılov avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozub və Bakı şəhər Dövlət yol polisi əməkdaşı Mirzalı Hacıalıyev tərəfindən saxlanılıb. Bu zaman Tural İsmayılov və Mirzalı Hacıalıyev arasında mübahisə yaranıb və nəticədə polis əməkdaşı sürücü və avtomobildə olan sərnişin tərəfindən döyülüb.

Mirzalı Hacıalıyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 Saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan aldığımız məlumata görə, xəsarət alan polis əməkdaşı tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Binəqədi rayon 4-cü polis bölməsindən "ATV Xəbərə" verilən məlumata görə, hadisəni törədən şəxslərin izahatı alınaraq sərbəst buraxılıb. Faktla bağlı araşdırma aparılır.

AzNews.az