- Köhnə - Hadisə
- 26 Avqust 2013 09:44
- 2 760
“Xəzər-Lənkəran”- “Neftçi” matçında 5 hərbçi yralanıb

Baş verən insident zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən hərbi qulluqçular bu gün xəstəxanadan evə buraxılıb, polis baş leytenantı isə xəstəxanada müalicəsini davam etdirir.
Qeyd edək ki, ötən gün Topaz Premyer Liqasının IV turu çərçivəsində keçirilən "Xəzər Lənkəran" – "Neftçi" matçında insident baş verib.
Lənkəran ŞRPŞ-dən APA-ya verilən məlumata görə, insident oyun bitəndən sonra hər iki komandanın azarkeşləri arasında yaranıb.
Polis əməkdaşları ilə Daxili Qoşunların əsgərlərinin müdaxiləsi nəticəsində vəziyyət stabilləşib. İnsident zamanı polis əməkdaşları və Daxili Qoşunların bir neçə əsgəri yüngül xəsarət alıb. Polisdən həmçinin bildirilib ki, insidentdə stadiona xeyli ziyan dəyib. Baş verən hadisə ilə bağlı bir neçə nəfər saxlanılıb.
AzNews.az