Xala uşaqları arasında qan düşdü

Şəmkirdə xala oğlanları arasında dava düşüb.

36 yaşlı Hüseyn Həsənov şəxsi münasibətlər zəminində xalası oğlu 30 yaşlı Amil Mədətovun boyun nayihəsinə ağır xəsarətlər yetirib. Sonuncu aldığı bıçaq xəsarətləri ilə Şəmkir Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstənin həyatı üçün təhlükə olsa da, görülmüş tibbi tədbirlər vəziyyəti stabilləşdirib.

Şəmkir rayon polis şöbəsindən verilən məlumata görə, cinayəti törədən Hüseyn Həsənov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı cinayəti işi başlanıb, istintaq aparılır.(anspress)

AzNews.az