İsmarışa görə özünü kanala atan qadının meyiti tapıldı

Bir uşaq anası olan gənc qadın özünü Samur-Şabran kanalına atıb.

AzNews.az xəbər verir ki, 2 saat əvvəl Samur-Şabran kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində qadın meyiti tapılıb. Şabran RPŞ-dən verilən məlumata görə, cəsəd avqustun 24-dən 25-ə keçən gecədən itkin düşən və özünü kanala ataraq intihar edən Ramilə Eyvazovaya aiddir. Xatırladaq ki, R.Eyvazova bir uşaq anasıdır.

22.10.88 təvəllüdlü Ramilə Yaqub qızı Eyvazovanın intiharına səbəb isə onun mobil telefonuna tanımadığı şəxsdən gələn ismarışın səbəb olduğu bildirilir. Bu ismarış nəticəsində həyat yoldaşı və ailəsi tərəfindən danlanan və təhqir edilən Ramilənin təzyiqlərə tab gətirməyərək intihar etdiyi deyilir.

Ruhiyyə
AzNews.az