- Köhnə - Hadisə
- 28 Avqust 2013 07:40
- 2 181
Gülər Əhmədovanın istintaqı yekunlaşdı
Sabiq deputat, mandat alveri qalmaqalına görə həbs edilmiş Gülər Əhmədovanın istintaqı yekunlaşıb.
Bu barədə açıqlamasında G.Əhmədovanın vəkili Raqif Mustafayev məlumat verib. Onun sözlərinə görə, hələ istintaq materialları ilə tanış olmayıb: "Öncə materiallarla Gülər xanım özü tanış olacaq. Ondan sonra mən də materialları araşdıracam".
O məhkəmənin nə vaxta təyin olunacağı ilə bağlı məlumatı olmadığını dedi. Amma vəkil istintaqın gedişindən narazı qaldığını vurğuladı: "İstintaq standart, şablon gedir. Elementar olaraq Elşad Abdullayevi bu iş üzrə dindirməyiblər. Gülər Əhmədova ilə üzləşdirməsi olmayıb. Daha öncə vəsatətim təmin olunmuşdu ki, Elşad Abdullayev dindiriləcək. Amma indi yazırlar ki, onu dindirməyiblər". (musavat.com)
AzNews.az