İntihar edən əsgərlə bağlı rəsmi məlumat

Dövlət Sərhəd Xidməti (DSX) Göytəpə şəhərində yerləşən hərbi hissənin əsgərinin intiharı ilə bağlı məlumat yayıb.

APA-nın DSX-nin saytına istinadən verdiyi məlumata görə, 1994-cü il təvəllüdlü, 2012-ci ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış Məmmədov Nofəl Nofəl oğlu naməlum səbəbdən özünü asaraq intihar edib.

Faktla bağlı Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidmətinin rəhbər nümayən­dələri tərəfindən hadisə yerində araşdırma aparılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.

Baş vermiş hadisənin təfərrüatları barədə əlavə məlumat veriləcək.


AzNews.az