- Köhnə - Hadisə
- 1 Sentyabr 2013 19:55
- 4 209
Kürdəmirdə ağır qəza: 2 ölü, 1 yaralı
Kürdəmir rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, rayon ərazisində 2 nəfərin ölümü, 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə bu gün səhər saat 07:00 radələrində Kürdəmir-Zərdab yolunda qeydə alınıb.
Zərdab rayon sakini, 1970-ci il təvəllüdlü Musayev Telman Böyükkişi oğlunun idarə etdiyi 10 UZ 683 dövlət nömrə nişanlı "VAZ 2104" markalı minik maşını əsas magistral yoldan çıxaraq su arxına düşüb.
Nəticədə sürücü və sərnişini, 1990-cı il təvəllüdlü Hüseynova Aişə Nazım qızı hadisə yerində dünyasını dəyişib. Maşında olan digər sərnişin, 1977-ci il təvəllüdlü Musayeva Vüsalə Fərrux qızı ağır bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Fakta bağlı Kürdəmir rayon Polis Şöbəsində araşdırma aparılır.
AzNews.az