Sabahdan hava soyuyacaq

Sabah günortadan sonra Azərbaycan ərazisində hava soyuyacaq, temperatur bəzi yerlərdə 6-8 dərəcə enəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 5-də havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi 8-13 m/s, gündüz 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 19-24°, günün birinci yansında 27-32°, axşama doğru 20-24° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sentyabrın 5-də arabir yağış yağacağı gözlənilir. Yağışın əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi 5-10 m/s, 05-də arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 28-33° isti, dağlarda gecə 9-14°, gündüz 18-23° isti olacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycanda qeyri-sabit, soyuq hava şəraiti sentyabrın 7-dək davam edəcək.


AzNews.az