- Köhnə - Hadisə
 - 5 Sentyabr 2013 10:14
 - 4 183
 
“Yol kənarında yerləşən evlər söküləcək“
            Belə ki, Bakının Zabrat qəsəbəsi ərazisində magistiral yolun genişləndirilməsi ilə əlaqədar yol kənarlarında yerləşən evlər söküləcək.
Bu barədə Modern.az-a "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib. Onun sözlərinə görə, Sabunçu qovşağından Zabrat istiqamətində yolun üstündəki 30-dan çox ev söküləcək.
"Yolun təmiri hələ ki, başlamayıb. Həmin yolun kənarında xeyli sayda yaşayış və qeyri-yaşayış obyektləri var. Onların sahiblərinə qiymətlərinə uyğun kompensasiya ödəniləcək", – deyə Pünhan Mürsəliyev bildirib.
AzNews.az