Azərbaycan türkiyəli iş adamını axtarışa verdi

Azərbaycanın hüquq-mühafizə orqanları daha bir türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib.

APA-nın xəbərinə görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda bildirilir ki, Türkiyə vətəndaşı, 36 yaşlı Cüneyt Harman vergidən yayınmaqda təqsirli bilinir. Onun saxlanılması üçün Azərbaycan dövlətlərarası axtarış elan edib.

Cüneyt Harman Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

Qeyd edək ki, bu il Azərbaycan hüquq-mühafizə orqanları ölkədə məşğul olan daha bir neçə türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib.

Onların hamısı vergidən yayınmada ittiham olunur.

AzNews.az