Ali Məhkəmə Rüstəm İbrahimbəyovun şikayətinə baxacaq

Cümə günü saat 15.00-da Azərbaycan Ali Məhkəməsində MSK-nın Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) rəhbəri Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyini təsdiqləməkdən imtina etməsindən kassasiya şikayəti veriləcək.

Bu barədə Turan-a R.İbrahimbəyovun vəkili Fuad Ağayev bildirib. Onun sözlərinə görə, R.İbrahimbəyovun şikayəti təmin olunmasa BMT İnsan Hüquqları Komitəsinə şikayət göndəriləcək.

AzNews.az