Bu həftə Sankt-Peterburq-Qəbələ aviareysi açılır

Rusiyanın "VIM-Avia" şirkəti Sankt-Peterburq-Qəbələ marşrutu ilə birbaşa aviareyslərə başlayır.

Bu barədə "APA-Economics"ə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.

Onun sözlərinə görə, Sankt-Peterburq - Qəbələ marşrutu ilə ilk aviareys sentyabrın 12-də yerinə yetiriləcək və təyyarə Qəbələ hava limanına saat 12:00-da enəcək. Təyyarə elə həmin gün Sankt-Peterburq istiqamətində yola salınacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın bölgələrində yerləşən hava limanlarından bir sıra beynəlxalq aviareyslər həyata keçirilir. Belə ki, Naxçıvandan İstanbul və Moskva, Gəncədən İstanbul, Novosibirsk, Sankt-Peterburq və Moskva, Lənkərandan isə Surqut, Moskva və Sankt-Peterburq şəhərlərinə birbaşa uçuşlar yerinə yetirilir.

AzNews.az