- Köhnə - Hadisə
- 12 Sentyabr 2013 16:15
- 1 744
Ordumuzun əsgəri yaralandı
APA-nın məlumatına görə, hadisə cəbhənin Goranboy istiqamətində qeydə alınıb.
Ordumuzun əsgəri, 19 yaşlı Amil Rasim oğlu İbrahimov düşmən gülləsinə tuş gəlib. Güllə yarası alan əsgər hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, yaralı əsgərin vəziyyəti kafi qiymətləndirilir.
Qeyd edək ki, A. İbrahimov Şəki rayonundan hərbi xidmətə çağırılıb.
AzNews.az