- Köhnə - Hadisə
- 13 Sentyabr 2013 08:54
- 2 507
“Turqut Özalı arvadı zəhərləyib” – SƏBƏB
Şahidin bildirdiyinə görə, S.Özalı şantaj edərək prezidenti zəhərlətdiriblər. Bu ifadədən sonra Cumhuriyet Başsavcı Vəkilliyi araşdırmalara başlayıb. Əgər iddialar ciddi hesab edilərsə, S.Özal haqqında cinayət işi açılacaq.
Türkiyə mətbuatı xəbər verir ki, Səlcuq adlı gizli şahid araşdırma başlayandan bəri Səmra Özalın adını çəkib. Məhkəmənin tələbi ilə gizli şahidin yenidən ifadəsi alınıb.
O, avqustun 20-dəki son ifadəsində Veli Küçük Paşa və Tuncay Güneyin bəzi hərəkətləri barədə əlaqədar qurumlara məlumat verdiyini bildirib: "İşimlə əlaqədar tanıdığım Savaş Korkmaz adlı, hazırda təqaüddə olan albay Turqut Özalın ölümünün sui-qəsd olduğunu və bu sui-qəsdi onun xanımı Səmra Özala etdirdiklərin bildirmişdi. Semra Özalın bir çox çirkli işləri lentə alınıb və onlardan Səmra xanıma qarşı şantaj vasitəsi kimi istifadə olunub".
Elnur
AzNews.az