Nazirlik Bakıda xüsusi əməliyyat keçirdi

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi Bakıda xüsusi əməliyyat keçirib.


Nazirlikdən verilən məlumata görə, İran İslam Respublikasından ölkəmizə qaçaqmalçılıq yolu ilə gətirilən narkotik maddələrin Bakıda satılacağı barədə Baş İdarəyə əməliyyat məlumatı daxil olub. Keçirilmiş əməliyyat axtarış tədbirləri ilə Şirvan rayon sakini, 45 yaşlı Zəfər Əliyev 1 kiloqramdan çox heroin və 3 kiloqram 100 qram tiryəki 44 min manata satmaq istəyərkən Xətai rayonu ərazisində polis əməkdaşları tərəfindən tutulub. Saxlanılan şəxs bildirib ki, narkotik maddəni ona İran vətəndaşı Vəhid adlı şəxs satmaq üçün göndərib.

Saxlanılan şəxs istintaqa ifadəsində bildirib ki, narkotik maddələri satdıqdan sonra Biləsuvar rayonu ərazisindən İrana keçməli və pulu sahibinə çatdırmalı imiş.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

AzNews.az