- Köhnə - Hadisə
- 17 Sentyabr 2013 09:03
- 2 474
Gömrükdə qanunsuz mallar aşkar edildi
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən verilən məlumata görə,Tovuz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsi və "Sınıq Körpü" gömrük postunun əməkdaşlarının birgə keçirdikləri tədbir nəticəsində Azərbaycan vətəndaşı Qədim Quliyevin idarə etdiyi "VAZ-21051" markalı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.
Baxış zamanı həmin nəqliyyat vasitəsinin salonunda arxa oturacağın söykənəcəyinin arxasından 500 qutu "Marlboro" siqaretləri, yük yerində olan mühərrikin arxasından isə 27 ədəd 1,0 litrlik şüşə qablarda "Bolchoj" araqları aşkar olunub.
AzNews.az