- Köhnə - Hadisə
- 20 Sentyabr 2013 06:51
- 3 542
Bakı- Sumqayıt şosesində ağır qəza: yol bağlandı- Fotolar
Saat 7.30 radələrində yolun "Delfın" otelinin qarşısından keçən hissəsində ağır tonnajlı "KamAz" markalı maşın aşıb.
İlkin ehtimallara görə, qəzaya səbəb maşının sürücüsünün idarəetməni itirməsi olub. AzNews.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qəzadan sonra yol bağlanıb.
Nəticədə yolda uzun tıxac yaranıb. Yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb.
Azər
AzNews.az