Mülki məsələlərdə dövlət rüsumu ləğv olunur

Azərbaycanda mülki məsələlər ilə bağlı məhkəmə proseslərində bir dövlət rüsumu ləğv olunur.

Milli Məclisdən APA – ya verilən məlumata görə, Mülki Prosessual Məcəllədə bununla bağlı nəzərdə tutulmuş 277.2. maddə ləğv olunur.

Həmin maddədə göstərilir ki, məhkəmə əmri haqqında ərizənin verilməsi üçün on manat dövlət rüsumu ödənilir. Bu maddənin ləğv olunması ilə bağlı layihə Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

AzNews.az