- Köhnə - Hadisə
- 2 Oktyabr 2013 08:00
- 2 203
Avtomobil qəza törətdi; yaralılar var
AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus "Volkswagen" markalı minik avtomobili idarəetməni itirib və yoldan çıxaraq yolun kənarındakı tikinti materiallarına çırpılıb.
FHN-in hadisə yerinə cəlb olunmuş xilasediciləri ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.
Hadisə şahidlərinin bildirdiklərinə əsasən, sürücü və 2 sərnişin xəsarət alıb.
Qeyd olunan şəxslər hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıblar.
AzNews.az