Maşın kanalizasiya quyusuna düşdü - Yardımlıda

Oktyabrın 1-də Yardımlı rayonunda ağır qəza hadisəsi baş verib.

AzNews.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, 65 BB 477 dövlət nömrə nişanlı, VAZ 21-03 markalı maşın kanalizasiya quyusuna düşüb.

Hadisə rayonun Hacı Zeynabildin Tağıyev küçəsində, axşam saat 21.37 radələrində baş verib. Hadisəyə səbəb maşının sürücüsünün kanalizasiya xətti üçün qazılmış quyunu görməməsi olub.

Elvin
AzNews.az