Sərdar Əlibəylinin məhkəməsi başlayıb

Bu gün Xətai Rayon Məhkəməsində "Nota-Bene" qəzetinin baş redaktoru Sərdar Əlibəylinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Vəkil Samir İsayevin APA-ya verdiyi məlumata görə, prosesdə S. Əlibəylinin barəsində olan cinayət işinin yenidən istintaqa qaytarılması, onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ləğv edilməsi və digər məsələlərlə bağlı vəsatətlər verilib. Lakin vəsatətlər təmin edilməyib. Məhkəmənin baxış iclası isə oktyabrın 14-nə təyin edilib.

Qeyd edək ki, S. Əlibəyli Cinayət Məcəlləsinin 221.3-cü (silah və yaxud silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq törətmə) maddəsi ilə ittiham olunur.

AzNews.az