Maşın dərəyə aşdı- Ölən var

Sabirabad rayonu, Nizami kəndində vətəndaşa məxsus 1980-ci il təvəllüdlü Abdullayev Azər Aydın oğluna məxsus "Hyundai" markalı minik avtomobili idarəetməni itirərək körpünün üstündən dərəyə aşıb.

"Qafqazinfo" xəbər verir ki, nəticədə avtomobilin sürücüsü A.A.Abdullayev ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Meyit yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib, avtomobildə olan 3 nəfər sərnişin yanğınsöndürən-xilasedicilər hadisə yerinə çatana kimi əhali tərəfindən avtomobildən çıxarılaraq Təcili Tibb Yardım xidmətinə təhvil verilib. Əməliyyat saat 03:44-də başa çatıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

AzNews.az