Havanın temperaturu 23 dərəcəyə yüksələcək

Yaxın iki gün ərzində Azərbaycanın bəzi yerlərində havanın temperaturu 23 dərəcəyə yüksələcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 10-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyinin sürəti 8-13 m/s olacaq. Havanın temperaturunun gecə 10-13, gündüz 16-20 dərəcə isti olacağı gözlənilir.

Oktvabrın 11-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, havanın gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyinin sürəti 8-13 m/s olacaq. Havanın temperaturunun gecə 10-13, gündüz 16-20 dərəcə isti olacağı gözlənilir.

Yaxın iki gün ərzində Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq.

Lakin ayın 11-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Azərbaycanın Aran rayonlarında havanın temperaturunun gecə 8-13, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

AzNews.az