Sabaha olan hava proqnozu

Sabah Azərbaycanda nisbətən sabit hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, oktyabrın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyinin sürəti 8-13 m/s olacaq, küləyin sürəti gündüz arabir 16 m/s-dək artacaq. Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 10-13, gündüz 18-22 dərəcə isti olacağı gözlənilir.

Oktyabrın 13-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin oktyabrın 13-dən 14-ə keçən gecə şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Aran rayonlarında havanın temperaturunun gecə 6-11, gündüz 17-22, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

AzNews.az