Uşağın əli ətçəkən maşında qalıb

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, " Qaradağ rayonunda 1 nəfər azyaşlının əli ətçəkən maşının içərisində sıxılmış vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə ətçəkən maşını kəsərək uşağın əlini detalın içərisindən çıxarıb və aidiyyatı üzrə təhvil verib.

AzNews.az