- Köhnə - Hadisə
- 16 Oktyabr 2013 20:46
- 1 946
Təyyarə qəzaya uğradı, 44 nəfər öldü
ANS PRESS-in xarici mətbuata istinadən verdiyi xəbərə görə, məlumatı Tailand Xarici İşlər nazirliyinin nümayəndəsi Sek Vannameçee yayıb.
Nazirlik əməkdaşı, Lao Hava yollarına məxsus təyyarənin naməlum səbəblərdən qəzaya uğradığını bildirib.
Paytaxtdan Laosun cənubundakı Pakse şəhərinə uçan təyyarədə olan 39 sərnişin və 5 ekipaj üzvündən heç kimin xilas olmadığı bildirilir. Sərnişinlər arasında 5 nəfər Tailand vətəndaşının olduğunu qeyd edilir.
AzNews.az