AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Şamaxı şəhərində vətəndaşa məxsus "Ford" markalı yük avtomobili yolun kənarına aşması nəticəsində yol-qəza hadisəsi baş verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Nəticədə yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
AzNews.az