Saxtakarlıq edən sahibkar cəzalandırıldı


Fiziki şəxs Hikmət Fəxrəddin oğlu Məmmədova məxsus istehsalat sahəsində saxta süd məhsullarının istehsal edildiyi müəyyən edilib.

İqtisadiyyat və Sənaye nazirliyindən AzNews.az-a verilən məlumata görə, faktın üstü aparılan yoxlama zamanı açılıb.

Qanun pozuntuları ilə əlaqədar Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti H.Məmmədov barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırıb.

Dövlət Xidmətində işə baxılıb və "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə H.Məmmədov barəsində 1,3 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

AzNews.az