Çaylarda videokameralar quraşdırılıb


Daşqınlara səbəb olan çaylarda videokameralar quraşdırılıb.

AzNews.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, kameralar dağ çayları arasında əsas təhlükəli olan Kiş və Aran zonasında daşqınlara səbəb olan Kür çayında quraşdırılıb. Nəticədə orada olan vəziyyəti hər kəs canlı izləyə bilər.

Hazırkı vəziyyəti qiymətləndirən nazir mövsümlə bağlı çaylarda daşqın təhlükəsi gözlənilmədiyini vurğulayıb.

AzNews.az