Hamilə qadın beyin ölümü keçirdi - Bakıda


"Space" televiziyasının keçmiş müxbiri, hazırda "Unibank"ın əməkdaşı olan Sulhiyyə Şirinovanın ailəsində faciə baş verib.

S. Şirinovanın 28 yaşlı, 7 aylıq hamilə olan bibisi qızı dünyasını dəyişib. Jurnalist bu barədə öz Facebook səhifəsində yazıb. 7 aylıq hamilə olan xanım xəstəxanada beyin ölümü keçirib. Onun həm də yaş yarımlıq körpəsi var imiş:

"Belə ölməzlər e, ölməzlər... Bir üzü qız, bir üzü gəlin ölməzlər… Toy lentin hələ qapınızdan açılmayıb…cehizinin yarısı hələ ata evindən ər evinə gəlməyib… Yaş yarımlıq körpəni bu dünyada anasız qoyub, 7 aylıq körpəni bətnində aparmaz adam. Hər iki dünyada yetim qoymaz adam. Deyirlər nəfəsin çıxmazdan öncə ölmüş körpəni bətnindən ayırıblar... O dünyaya qucağında apardın balaca balanı, elə məzara da eləcə qoyublar sizi- körpə mələyinlə birgə..."

Elnur
AzNews.az
image description