Sabah yağış yağacaq

Noyabrın ilk günü Azərbaycanda hava ötən günlərlə nisbətən sərin keçəcək, bəzi yerlərdə yağış yağacaq.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, Bakıda və Abşeron yarımadasında noyabrın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam isə tutulacaği gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 9-12, gündüz 15-19 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında noyabrın 1-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman, şərq rayonlarında çiskinli olacağı, axşam isə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək,arabir güclənəcək.

Havanın temperaturunun gecə 6-11, gündüz 16-21, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

AzNews.az