Bakıda tuneldə qumbara aşkarlandı- FOTO

Bu gecə saat 04.00 radələrində Bakının Nərimanov rayonunda, Həsən Əliyev küçəsindəki tuneldən qumbara tapılıb.


APA-nın məlumatına görə, qumbara tuneldə avtomobillərin hərəkət yoluna qutuda qadın çəkmələri ilə birlikdə qoyulub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin mütəxəssisləri və Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları cəlb ediliblər.

Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik minatəmizləmə qrupunun komandiri Aydın Əliyevin APA-ya verdiyi məlumata görə, pirotexniklər hadisə yerindən başlıqsız F-1 əl qumbarası aşkarlayıblar. Xilasedicilər ətrafa baxış keçiriblər və heç bir partlayış təhlükəsi qeydə alınmayıb. Tapılan qumbara Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarına təhvil verilib.

AzNews.az