İki sərnişin avtobusu qəza törətdi

Bu gün səhər saatlarında paytaxtda iki avtobus qəzası baş verib.

Xocahəsən yolunda 117 saylı marşurut avtobusu yol kənarındakı tikiliyə çırpılıb. Daha sonra avtobus dərəyə düşüb. Avtobusda sərnişinlər olub.

Digər avtobus qəzası isə İnşaatçılar metrosunun yaxınlığında olub. Burada 77 saylı avtobus minik maşını ilə toqquşub.

Qəzanın baş verdiyi hər iki yolda tıxac yaranıb.(qafqazinfo)